12624b54 22bb 4786 9203 fcb514c52802

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı deputat Günay Ağamalı ilə bağlı yeni iddia müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, jurnalist Şəfəq Ağacan millət vəkilinin qızının görüntülərini paylaşıb.

Sözügedən şəxsin “TikTok” hesabından götürülən kadrlar birmənalı qarşılanmayıb.

Belə ki, videoda gənc qızın bədənində tatuların olması və boynuna xaç taxması tənqid edilib. Onun xristianlığı qəbul etməsi iddia olunub.

Sosial şəbəkə istifadəçiləri xüsusilə Fəzail Ağamalının, eləcə də qızı Günay Ağamalının ailə dəyərləri barədə çıxışlarını, həmçinin deputatın Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin, həmçinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olmasına diqqət çəkirlər.

Xəbəri dəqiqləşdirmək üçün Günay Ağamalı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.

Xatırladaq ki, bir müddət əvvəl AVP-nin qurultayında ciddi insident yaşanmışdı. Tədbir zamanı dava düşüb, tərəflər arasında qarşıdurma yaranıb. Partiya sədri Fəzail Ağamalı qurultayda qızı Günay Ağamalının sədr seçilməsini dəstəklədiyini bildirib və istefa verdiyini açıqlayıb. Lakin qurultay iştirakçılarının böyük qismi onun oğlu Elçin Ağamalını dəstəkləyib. Gərginliyin artamsı fonunda Fəzail Ağamalı qurultayı yarımçıq dayandırıb. Ardınca Günay Ağamalı atasının faktiki olaraq istefa vermədiyini bəyan edib. Daha sonra Fəzail Ağamalının oğlu Elçin Ağamalı proseslə bağlı müvafiq dövlət qurumlarına müraciət etdiyini açıqlayıb.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: