Millət vəkili Günay Ağamalı atası Fəzail Ağamalı barədə daha bir paylaşım edib.
Globalinfo.az xəbər verir ki, deputat bu dəfə atasının köhnə fotosunu izləyiciləri ilə bölüşüb.
“Fəzail Ağamalının övladı olmaq ömrüm boyu daşıyacağım anddır”, – deyə G.Ağamalı şərh əlavə edib.
Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan, 6 çağırış deputat seçilən 78 yaşlı F.Ağamalı fevralın 9-da Türkiyədə vəfat edib. O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib.
Fəzail Ağamalı
Günel Cəlil
Globalinfo.az