580488561 18544544740038579 1377362522261676089 n 6

Maskalı formada olam Ermənistan milli təhlükəsizlik qüvvələrinin əməkdaşları bu gün həbs edilən Gümrü merinin oğlunu naməlum istiqamətə aparıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Spartak Qukasyan əvvəlcə Şirak Regional İstintaq İdarəsinə çağırılıb. Lakin girişə yaxınlaşanda maskalı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb və sonra naməlum yerə aparılıb.

Xatırladaq ki, Gümri meri oktyabr ayında rüşvət ittihamı ilə həbs edilib. Qukasyana qarşı Rusiya ilə birlik yaratmaq ittihamı ilə yeni cinayət işi açılıb. Merin oğluna gəldikdə isə, ona qarşı əvvəllər də şantaj işi ilə bağlı cinayət işi açılmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: