Güləşçimiz erməniyə qalib gəlib finala yüksəldi – 2 bürünc medal qazandılar

Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

Globalinfo.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda ermənistanlı Yurik Mxitaryana 8:0 hesabı ilə qalib gəlib.

51 kq-da çıxış edən Əli Seyidəlili isə yarımfinalda macarıstanlı Peter Totoka uduzub – 0:5. O, sabah bürünc medal görüşünə çıxacaq.

***

Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.

Globalinfo.az xəbər verir ki, 48 kq-da Elnar Ziyadov və 55 kq-da Ayxan Cavadov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İdmançılar medal görüşlərində müvafiq olaraq, moldovalı Viktor Postikaya (7:2) və ermənistanlı Yuri Karapetyana (5:2) qalib gəliblər.

Qeyd edək ki, bu gün həmçinin 80 kq-da Emin Əliyev və 110 kq-da Mahir Qurbanlı 3-cü yer uğrunda qarşılaşmaya çıxacaqlar.