1747035516 yasar guler

Türkiyənin müdafiə naziri Yaşar Gülər AzərbaycanErmənistan arasında sülh prosesinə dair nikbin açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, iki ölkə arasında ABŞ-da paraflanmış sülh sazişinin Ankarada müsbət qarşılandığını bildirib.

Nazir Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib ki, regionda davamlı sabitlik üçün atılan addımlar vacibdir və Ankara bu prosesi yaxından dəstəkləyir.

“Biz ümid edirik ki, sülh sazişinin hərtərəfli mətni tezliklə imzalanacaq. Bu, Cənubi Qafqazda uzunmüddətli əmin-amanlığa töhfə verəcək”, – Yaşar Gülər vurğulayıb.

Türkiyə rəsmisinin sözlərinə görə, tərəflərin irəliyə doğru atdığı addımlar regional əməkdaşlıq imkanlarını genişləndirir və dialoqun davam etməsi vacibdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: