
Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılmasına reaksiya verib.
Globalinfo.az xəbər verir ki, o bu haqda instaqramda yazıb.
“İnşallah bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın. Çox xahiş edirəm”, – Gülay qeyd edib.
Qeyd edək ki, Gülay-Kamil cütlüyünün bir qız övladı var.
