Sabahın havası onlar üçün əlverişsiz olacaq

Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Fevralın 5-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.