Güclü külək əsdi, işığı və interneti kəsdi – YENİLƏNDİ

Daşkəsəndə internetin və elektrik enerjisinin verilişi bərpa olunub.

Rayonu internetlə təmin edən xətdə yaranmış problem həll edilib.

Qeyd edək ki, güclü külək nəticəsində rayonun bir hissəsində elektrik enerjisinin verilməsində də fasilə yaransa da, artıq yaranmış problem həll edilib və elektrik enerjisinin verilməsi bərpa olunub.

***

Martın 6-da respublikanın qərb və cənub rayonlarında əsən güclü külək və qasırğa səbəbindən bəzi yerlərdə elektrik xətlərinin dayaqları aşıb.

Bu barədə Globalinfo.az-a “Azərişıq” ASC-dən bildirilib.

Məlumata görə, nəticədə bəzi kəndlərin elektrik enerji verilişində fasilə yaranıb:

“Qəzanın baş verdiyi yerlərə dərhal “Azərişıq”ın mal-materiallarla təchiz edilmiş “Qəza xidməti” cəlb edilib. Hazırda işlər sürətlə davam etdirilir. Regionun həmin ərazilərində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa edilməkdədir”.

***

Daşkəsəndə güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yaranıb.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, əsasən rayonun bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb.

Bir neçə saatdır yaranan problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, rayon ərazisində küləkli hava şəraiti davam edir.