Güclü külək ağacları qəbirlərin üstünə aşırdı – VİDEO

Gəncədə irigövdəli ağaclar məzarların üzərinə aşıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Gəncə şəhərində 2 gündür davam edən qeyri-sabit hava şəraiti nəticəsində şəhərin 4 saylı (Yeni Səbiskar) kimi tanınan qəbiristanlığında ağaclar qəbirlərin üzərinə aşıb. Nəticədə bəzi qəbirlərə ziyan dəyib.

Bildirilir ki, hadisə nəticəsində 10-a yaxın ağac kökündən qopub. Həmçinin evlərin hasarları uçub.