ABŞ-da öz immiqrasiya statusunu dəyişərək “Green Card” almaq istəyən əcnəbilər bunu artıq ölkə xaricində, ABŞ Dövlət Departamenti vasitəsilə həyata keçirməli olacaqlar.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin iş qeydlərinə istinadən “Reuters” agentliyi yayıb.
“ABŞ-da müvəqqəti olan və “Green Card” almaq istəyən əcnəbi müraciət etmək üçün öz ölkəsinə qayıtmalıdır”, – deyə məlumatda vurğulanıb.
Bununla belə, yeni qaydaların tam tətbiq mexanizmi, eləcə də hansı kateqoriyaların istisna olacağı qeyd olunmayıb.