1631383368 85be8752 365d 4e52 80b0 6b72752826af

Tanınmış jurnalist Azər Qərib İtaliyada gözlənilməz durumla üzləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. 

“Turində olduğumuz müddətdə səhər, axşam nümayişlər keçirilir. Hara gedirsən, nümayişlərdir. Dünən axşam şam yeməyinə getmişdik. Restorandan çıxıb çay içmək üçün başqa bir məkana gedəndə gördük ki, gözümüz qıcıqlanır, burnumuz göynəməyə başlayır. Bunun nə olduğunu anlamadıq. Sonra gördük ki, camaat bizə doğru gəlir. Sən demə gecə saat 11-də növbəti nümayiş başlayıb və polis bunun qarşısını almaq üçün gözyaşardıcı qaz buraxıb. Bütün gecəni səhərə qədər həmin qoxu şəhərdən çəkilmədi. Evdən çıxmışam və görürəm ki, qoxu hələ də qalıb”- deyə, o qeyd edib. 

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: