Göytəpə su anbarı 10 il sonra tam doldu

Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam su ilə dolub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə rayon sakinləri bildirib.

Məlumata görə, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb.

Onların bildirdiyinə görə, sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ildə müşahidə olunub.

Qeyd edək ki, sözügedən anbar Göytəpəçayın məcrasında yerləşir. Anbarın 2010-cu ildə tikintisi başa çatıb və açılış mərasimi keçirilib.