Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Göygöl rayonu Aşıqlı kəndinin C.Verdiyev adına tam orta məktəbində 10 şagirdin zəhərlənməsi ilə bağlı araşdırma aparır.
Bu barədə Globalinfo.az-a Agentlikdən məlumat verilib.
Qeyd olunub ki, Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub.
Şagirdlərə ilkin tibbi yardım göstərilib, “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit” diaqnozu qoyulub. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı AQTA tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.
***10:13
Fevralın 16-da saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın yerli bürosuna Göygöl Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
“Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb”, məlumatda deyilir.
***09:07
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.
Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər.
Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.
İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı adiyyatı qurumlar tərəfindən araşdırma aparılır.