Göygöldə meyiti tapılan şəxs polis imiş

Göygöldə mühafizə polisinin əməkdaşı Elmir Nuriyev kirayə yaşadığı evdə vəfat edib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Dilqəm Verdiyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.

O, Göygöl rayon Mühafizə Polisində baş çavuş rütbəsi ilə xidmət edib.

Məlumata görə, E.Nuriyevin ürəyində problemlər olub.

Faktla bağlı araşdırma aparılır.