12 nəfərin yaralandığı dəhşətli qəzanın VİDEOSU – YENİLƏNİB

Göygöldə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, onların arazında azyaşlı da olduğu bildirilir.

Qəza zamanı 1977-ci il təvəllüdlü G.Süleymanova, 1972-ci il təvəllüdlü Ş.Musayeva, 1961-ci il təvəllüdlü Z.İsgəndərova, 1992-ci il təvəllüdlü R.Hacıyev, 2007-ci il təvəllüdlü F.Baxışəliyeva, 1999-cu il təvəllüdlü G.Hacıyeva, 1972-ci il təvəllüdlü X.Baxışəliyeva, 1983-cü il təvəllüdlü M.Heydərova, 1991-ci il təvəllüdlü V.Məmmədova, 1984-cü il təvəllüdlü G.Dəmirova, 2019-cu il təvəllüdlü A.Hacıyev və Ş.Musayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətinin kafi olduğu bildirir. Faktla bağlı araşdırma aparılır.