Göygöldə 16 yaşlı qız özünə bıçaqla xəsarət yetirdi

Göygöldə yeniyetmə qız özünə bıçaqla xəsarət yetirib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini 2007-ci il təvəllüdlü Aytac Verdiyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

16 yaşlı qızın xəsarəti yüngüldü.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.