Örüş sahəsində tapılan insan qalıqları kimə məxsusdur? – YENİLƏNİB

Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində tapılan kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının bir müddət əvvəl itkin düşən şəxsə aid olduğu ehtimal edilir.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, itkin düşən şəxsin 59 yaşlı Rusiya vətəndaşı, 1964-cü il təvəllüdlü Sergey Nikolayeviç Kuzmin olduğu ehtimal edilir.

Qeyd edək ki, o, avqustun 9-da son üç ildir Göyçay rayonunda yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.

***15:50

Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklər, həmçinin paltar qalıqları aşkar edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Belə ki, oktyabrın 23-də Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirərək aşkar edilmiş sümüklər və paltar qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakla bağlı araşdırma aparılır.