Göyçayda 13 yaşlı məktəbli avtoqəzada həlak oldu – FOTO

Göyçay rayonunda yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

Sentyabrın 19-da saat 18:00 radələrində Xəlitli kənd sakini, Elton Qasımov idarə etdiyi 23-BN-169 dövlət nömrə nişanlı, VAZ-2106 markalı minik avtomobili Göyçay-Ucar yolunda yoldan çıxararaq hasara çırpılıb.

Hadisə nəticəsində sürücü və mağazaya getmək üçün yolda avtomobili saxladaraq oturan sərnişini, Xəlitli kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli Murad İbrahimov aldıqları ağır xəsarətlər səbəbindən ölüblər.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)