Paşinyandan baş tutmayan görüş barədə açıqlama

“Yaxın zamanda Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşün keçirilməsi planlaşdırılıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Ümid edirəm ki, Vaşinqtonda keçirilən əvvəlki görüşdə qeydə alınan müəyyən irəliləyişlər daha da genişlənəcək”, – o bildirib.

Qeyd edək ki, iyunun 12-də XİN başçıları səviyyəsində Vaşinqtonda keçirilməsi nəzərdə tutulan görüş Azərbaycan tərəfinin xahişi ilə təxirə salınmış, bu həftə keçirilməsi nəzərdə tutulan növbəti görüş isə planlamada yaranan problemlərə görə baş tutmamışdı.

Ayşən Mustafa
Globalinfo.az