Goranboydan sel keçdi: Bakı-Qazax yolunda hərəkət çətinləşdi

Goranboyda baş verəb selin fəsadları ilə bağlı adiyyatı qurumlar kəndlərə cəlb olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Goranboy rayon icra hakimiyyətinin başçısı yanında fövqəladə hallar komsiyasının sədri Seymur Nəzərov və icra hakimiyyətinin digər məsul şəxsləri rayonun Azad kəndinə baş çəkiblər.

 

Hazırda sözügedən kəndə gələn sel suyunun qarşınısının alınması üçün ağır texnika və canlı qüvvə cəlb olunub.

Komssiya tərəfindən kənddəki ziyan dəymiş evlərə baxış keçirilir,dəymiş ziyanın hesablamasına başlanılıb.

***

Goranboyda sel fəsadlar törədib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu gün yağan güclü yağışdan sonra axşam saatlarında rayonun Nizami, Dəyirmanlar, Azad kəndlərindən sel keçib.

Sel Bakı-Qazax yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb.