Goranboyda baş verən yanğında 6 aylıq körpə yanıq xəsarətləri alıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yanıq xəsarətləri alan 2024-cü il təvəllüdlü Ö.Mammedovdur.
Körpənin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
***
Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.