Goranboyda traktor qaz xəttini zədələdi – 1500 abonent qazsız qaldı

Goranboyda traktor qaz xəttini zədələyib.

Globalinfo.az-nı xəbərinə görə, rayonun İrəvanlı kəndi yaxınlığında işləyən ekskavator qaz xəttini zədələyib. Nəticədə Boluslu kəndinin 1500-ə yaxın abonenti qazsız qalıb.

Hazırda əraziyə “Azəriqaz”ın əməkdaşları cəlb olunub. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər gedir.