Goranboyda polis bu qadını axtarır – FOTO

Goranboyda qadın itkin düşüb.

Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun itkin düşən qadının atası Seymur Əhmədov məlum verib. O bildirib ki, qızı Goranboy rayonunun Faxralı kənd sakini 1996-cı il təvəllüdlü Əhmədova Rəvanə Seymur qızı martın 23 də saat 16:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda qadının axtarışları davam edir.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Goranboyda 27 yaşlı qadın itkin düşüb - FOTO