Goranboyda 2 piyadanı avtomobil vurub

Goranboy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Globalinfo.az-ın məlumatına görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü R.Rzayev və 2005-ci il təvəllüdlü E.Musayevi avtomobil vurub.

Hər iki piyada müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.