“Globalinfo.az” Media Reyestrində qeydiyyata alındı – FOTO

Azərbaycanda oktyabr ayının 14-dən Media Reyestri fəaliyyətə başlayıb. “Media Haqqında” qanunun və Media Reyestrinin aparılması qaydalarının tələblərinə uyğun olaraq jurnalistlərin Media Reyestrinə daxil olmasından ötrü vacib şərtlərdən biri çalışdığı media subyektinin Media Reyestrinə daxil olmasıdır. Yəni həmin media subyekti Media Reyestri şəhadətnaməsini əldə etməlidir.

Bu gündən etibarən “Globalinfo.az” da Reyestrdən keçib.

Globalinfo.az” saytının rəhbəri Azər Ayxan bu prosesi operativ və diqqətlə idarə edən Medianın İnkişafı Agentliyinə təşəkkürünü bildirib. Qeyd edək ki, Globalinfo.az qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq Media Reyestrinin bütün tələblərinə diqqətlə yanaşır və bu tələbləri çox müsbət dəyərləndirir.

Globalinfo.az