Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqlayıb.
Qaliblər sırasında Globalinfo.az-ın baş redaktoru Səfərov Aqşin Elşən oğlu (Aqşin Evrən) da var.
Aqşin Evrən “Ən yaxşı köşə” nominasiyası üzrə qalib olub.
Globalinfo.az kollektivi adından Aqşin Evrəni təbrik edirik.
Qalib olan yazını buradan oxuya bilərsiniz.
Qeyd edək ki, Aqşin Evrən bir qədər əvvəl Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.