Gizli Vaşinqton-Moskva razılığı: “Ukraynanın bu bölgələri Rusiyaya birləşdirilir”

Son günlər yerli və xarici mətbuatda ABŞ və Rusiya arasında məxfi danışıqların getdiyinə dair bəzi informasiyalar yayılıb. Danışıqların əsas mövzusu isə Ukrayna müharibəsi olduğu deyilir.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Rəsmi Vaşinqton və Kreml müharibəni bitirmək istəyir? Ehtimal sülh daha çox kimin maraqlarına xidmət edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Fuad Çıraqov deyib ki, ABŞ və Rusiya arasında Ukraynadakı müharibədən çıxış yoluna dair məxfi danışıqların keçirilməsi və daimi kanalın olması haqqında məlumatlar var:

Politoloq: "Ermənistan Konstitusiyasına görə Qarabağ Ermənistanın tərkib hissəsidir" » Reyting.az

Fuad Çıraqov

“Hətta danışıqlar “Track 1.5” adlandırılır. “Track 1” danışıqları dövlət və rəsmilər arasında olandır. “Track 2” vətəndaş cəmiyyəti institutları və rəsmi status daşımayanlar arasında təmaslara deyilir. Məntiqlə “Track 1.5” bunun ikisinin arasında bir şeydir.

ABŞ tərəfdən burada iştirak edənlər keçmiş rəsmilər və ekspertlərdir. Bəzi adları təxmin etmək olar. Bu şəxslər ümumi olaraq ABŞ-dakı Rusiya sevdalılarıdır. Məsələn, Stephen Valt və Edvard Luttvak buna misal ola bilər. E. Luttvak açıq şəkildə Ukraynanın şərq bölgələrində Rusiyaya birləşməklə bağlı referendum keçirilməsini təklif edir.

İndi “Track 1.5” formatında iddia edilir ki, Rusiyaya Ukraynanın şərq bölgələrində referendum keçirməklə vəziyyətdən çıxmaq təklif edilib”.

Ekspert bildirib ki, Rusiya bundan imtina edib:

“Maraqlı vəziyyət yaranıb. Rusiya separatçı bölgələri yaratmışdı, amma indi orda referendum keçirilməsinə qarşı çıxır. ABŞ-da isə indi bəziləri Rusiyanın yaratdığı separatçı bölgələrdə referendum təklif edir. Bu ABŞ-da bəzilərinin nəzəri olaraq “ərazi bütövlüyü” prinsipindən geri çəkilməyə hazır olduğunu göstərir”.

Turan Rzayev
Globalinfo.az