Cümhuriyyət Xalq Partiyasında (CHP) “mütləq etibarsızlıq” qərarı ilə başlayan rəhbərlik böhranından sonra Kemal Kılıçdaroğlu və Özgür Özel ilk dəfə eyni tədbirdə bir araya gəlib.
Globalinfo.az xəbər verir ki, iki siyasətçi TBMM-də keçirilən, sabiq millət vəkili Orhan Sürün dəfn mərasimində görüşərək əl sıxıblar.
Bu, tərəflər arasında son aylarda yaşanan gərginlikdən sonra ilk birbaşa təmas kimi qiymətləndirilir.
Hadisə Türkiyə siyasi gündəmində geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, may ayında məhkəmə CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifəsindən kənarlaşdırılıb.
CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu isə qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Əliyar Xəlil
Globalinfo.az