Kazan Tank Məktəbinin keçmiş rəis müavini, polkovnik-leytenant Valeri Xaxin evində ölmüş vəziyyətdə tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.
Onun meyiti həyat yoldaşı tərəfindən xalçaya bükülmüş vəziyyətdə qazanxanada tapılıb. Cəsəddə çoxsaylı bıçaq yaraları aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, Valeri Xaxin Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun tələbə yoldaşıdır.