Gerasimov sülhməramlılar haqda: Sentyabr əməliyyatları…

“Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üzərində işləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov deyib.

“Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır, lakin sabitləşmə üçün irəliləyiş var. Bu ilin sentyabrında Rusiya sülhməramlılarının vasitəçilik səyləri nəticəsində atəşkəsin əldə edilməsi mümkün oldu. Sülhməramlılar Qarabağ ermənilərinin Ermənistana təhlükəsiz şəkildə getməyini təmin etdilər. Həmçinin yaralılar xəstəxanaya çatdırıldı. Rus sülhməramlıları Cənubi Qafqazda sabit həyat qurmaq və erməni sakinlərin geridönüş imkanlarının təminatçısı kimi vəzifələrini yerinə yetirməyə davam edirlər. Rusiya regionda nəqliyyat kommunikasiyalarının bərpası üçün maneələrin siyasi yolla aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparır. Bakı və İrəvan arasında sülh sazişi imzalansın, problemlər aradan qalxsın”, – V.Gerasimov bildirib.

Əliyar Xəlil
Globalinfo.az