Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Şimali Koreya (KXDR) hərbçilərinin Ukraynaya qarşı döyüşdüyünü təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, Gerasimov onlara təşəkkür edib.
O bildirib ki, Kursk vilayətində rus hərbçiləri ilə çiyin-çiyinə hərəkət edən KXDR hərbçiləri mətanət və qəhrəmanlıq nümayiş etdirib:
“Koreya Xalq Ordusunun əsgər və zabitləri rus hərbçiləri ilə çiyin-çiyinə döyüş tapşırıqlarını yerinə yetirərək, Ukrayna işğalının dəf edilməsi zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər. Onlar döyüşdə mətanət, mərdlik və qəhrəmanlıq nümunəsi göstərdilər”.
Əliyar Xəlil
Globalinfo.az