Geomaqnit qasırğası gözlənilir

Kosmik hava proqnozuna görə, 22-28 yanvarda C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, enerjisi 2 MeV-dən çox olan elektron selinin 20 yanvarda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Həmçinin qeyd edilib ki, Günəş küləyinin sürətinin TKA-nın təsiri ilə 22-23 yanvarda artacağı gözlənilir.

“20 yanvarda baş vermiş TKA-nın təsiri gözlənilir. Bu gün və sabah G2 (orta) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır”, – deyə məlumatda qeyd edilib.