Generallar Milli Qəhrəmanın dəfnində – FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun İkinci Fəxri xiyabanda dəfn mərasimi keçirilib.

Globalinfo.az “Qafqazinfo”y aistinadən xəbər verir ki, dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov iştirak edib.

Qeyd edək ki, R.Əhmədovun nəşinin qalıqları bir müddət əvvəl Qarabağda aşkar edilib. Aparılan ekspertizadan sonra qalıqların kimə məxsus olması müəyyən edilib. Bu gün onunla vida mərasimi keçirilib.

***

R. Əhmədov torpağa tapşırılıb.

Dəfndən görüntüləri təqdim edirik: