ger

Xəbər verdiyimiz kimiPrezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edir:

Azər Heybətli – Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin köməkçisidir. Hazırda eyni idarənin rəisi vəzifəsini müvəqqəti əvəz edir.

727337249 861006473324877 4546241911425777973 n

Rəsul Əliyev – Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir.

Elçin Abdullayev – Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.

elccc

Gülməmməd Rzayev – Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.

gulmmm

Ruslan Ağasiyev – Ordu korpuslarından birinin qərərgah rəisidir.

1702903476 10

Paylaş: