ggg7

“Gənclik Mall” ticarət mərkəzində bir neçə dəqiqə əvvəl yaranmış texniki xəta səbəbindən xəbərdarlıq sistemi işə düşüb.

Globalinfo.az xəbər verir ki, ticarət mərkəzindən verilən məlumata görə, hazırda ticarət mərkəzində hər şey qaydasındadır.

    Ticarət mərkəzi yaranmış müvəqqəti narahatlığa görə ziyarətçilərdən üzr istəyib.

    ***16:09

    “Gənclik Mall”un məlumat mərkəzindən “Qafqazinfo”ya problem yarandığını təsdiqləyiblər.

    Problem yaranmışdı, o səbəbdən vətəndaşlar təxliyə olunurdu. Artıq problem aradan qaldırılıb”, – məlumatda vurğulanıb.

    ***16:03

    Bakıdakı “Gənclik Mall”da həyəcan siqnalı verilib.

    Globalinfo.az Bakues.az-a istinadən xəbər verir ki, hazırda ticarət mərkəzində olan vətəndaşlar təxliyə edilir.

    Siqnalın verilmə səbəbi hələlik məlum deyil.

    Paylaş: