Gəncədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.
Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, Nizami Gəncəvi prospektində 3 avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü R.Aslanov, 1998-ci il təvəllüdlü Ə.Əliyev və daha 2 nəfər isə yüngül xəsarətlər alıb.
R.Aslanov, Ə.Əliyev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə zəncirvari qəza baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
İki “KİA” və bir “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Ə.Əliyev (1998), R.Aslanov (2001) və şəxsiyyəti dəqiqləşdirilən daha iki nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirib. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma başlanılıb.

