Gəncədə yaşayış binasında güclü yanğın – FOTO / VİDEO

Gəncədə Heydər Əliyev prospektində yerləşən 3 mərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

***23:12

Gəncədə yanğın hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, yanğın Heydər Əliyev Prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən binada anidən yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Bina sakinləri təxliyə edilir.