Gəncədə avtoqəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Globalinfo.az “Report”a istinadən bildirir ki, Gəncə şəhər ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların kimliyi məlum olub.
Qəzada xəsarət alan 1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən ölüb. 2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1 yaşlı N. Məmmədov və 1987-ci il təvəllüdlü İlahə Məmmədova xəstəxanaya yerləşdilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.