2f5d7fda089c073f0660cdf400d41dc5 10

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili ilə moped toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: