Bu gün saat 18 radələrində başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
***18:42
Gəncədə qidadan kütləbi zəhərlnə vaş verib.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, təxminən 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Onlar arasında azyaşlılar da var.
İlkin olaraq xəstəxanaya gətirilən şəxslər bunlardır: Nuriyə Rüstəmova (1962), Amin Teymurlu (1986), İ. Məmmədov (2017), Z. Hüseynova (2015), U. İsyaev (2020), Bənövşə Əliyeva (1963), Sevil Hüseynova (1987).