Gəncədə kişi arvadını və qayınatasını bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb.

1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı, 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, ata ilə qızını ailənin kürəkəni 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Mirzəyev Məhəmməd bıçaqlayıb. Onun saxlanılması istiqamətində tədbirlər davam edir.

Faktla bağlı araşdırma aparılır.