Gəncədə İrana görə daha bir nəfər tutuldu – FOTO

Azərbaycanda İranın molla rejimini təbliğ edən şəxslərə qarşı əməliyyatlar davam edir.

Globalinfo.az “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində molla rejimini təbliğ edən daha bir nəfər, Gəncə sakini Tofiq Rəhimov həbs edilib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.

Qeyd edək ki, son günlər Gəncədə İranla əlaqələrinə görə bir neçə nəfər tutulub.