1786476648 772333313 122324473430205739 2598706500453101764 n

Gəncədə evdən meyit tapılıb.

Globalinfo.az APA-ya sitinadla xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə yerləşən evlərdən birində yeniyetmə qızın meyiti aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Ölümün səbəbləri araşdırılır.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Paylaş: