meyit

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü Hüseynova Ulduz Elburus qızı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü E.Hüseynov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Şəxsi münasibətlər zəmnində hadisəni törətməkdə şübhəli bilinən bıçaqlananların qohumu, 1982-ci il təvəllüdlü Rəşad Abbasov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

X X X

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, xəsarət alan 1969-cu il təvəllüdlü E.Hüseynov və həyat yoldaşı, 1968-ci il təvəllüdlü U.Hüseynova xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R.Abbasov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.

Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı oğludur.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: