401517779 671112171791589 8297774399620792613 n

Gəncədə daha bir neçə qanunsuz tikintinin qarşısı alınıb.

Globalinfo.az bildirir ki, Gəncədə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə monitorinqlər davam edir. Müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan daha bir neçə yaşayış və qeyri-yaşayış sahəsi aşkarlanaraq qanunamüvafiq tədbir görülüb. Belə ki, şəhərin Mahrasa bağı adlanan ərazisində və Ş.İ.Xətai prospekti 352 ünvanında yerləşən qeyri-yaşayış binasında aparılan tikinti işləri dayandırılıb, Həsrət Əliyev küçəsində yerləşən yataqxana binasının birinci mərtəbəsinə bitişik artırmanın isə söküntüsü təmin edilib.

Qeyd edək ki,  monitorinq Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

402650997 671112155124924 5595780106569649990 n 402650231 671112075124932 8349082004356449623 n 401747608 671112055124934 9014057931136339184 n 401519561 671112158458257 5244341620822208017 n 401745471 671112071791599 2406858757424794572 n

Paylaş: