Gəncədə bədbəxt hadisə: quyuya düşdü, xəstəxanada öldü

Gəncədə bədbəxt hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. 1976-cı il təvəllüdlü Niyaz Vəliyev sözügedən ünvanda quyuya düşüb. 47 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.