Gəncə Dövlət Universitetinin tələbəsi intihar edib.
Globalinfo.az xəbər verir ki, 20 yaşlı Kübra Həsənova yaşadığı evin həyətində özünü asıb.
İntihar səbəbi məlum olub. “Azərbaycan Universitetləri” “Facebook” səhifəsində yayımlanan məlumatda bildirilib ki, Universitetin Alman dili fakültəsinin III kurs tələbəsi Kübra Həsənova atasının qəfil ölümünə tab gətirə bilməyərək intihar edib.