Gəncə III MDB Oyunlarına ev sahibliyi edəcək

Azərbaycanın ikinci böyük şəhəri – Gəncə Üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva məlumat verib.

“Üçüncü MDB Oyunları Gəncə şəhərində keçiriləcək. Gəncə Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəridir, orada yeni müasir kompleks tikilir. Regionlarda yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. Format şurada müzakirə olunacaq”, – deyə Vasileva vurğulayıb.