1754582261 screenshot 1499

Gəncə şəhər stadionunda bədbəxt hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, tikintisi aparılan mərkəzi stadionda ölüm faktı qeydə alınıb.

Belə ki, orada çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib.

İlkin məlumata görə, adıçəkilən şəxsin anidən səhəti pisləşib və o dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Prokurorluğunda araşdırma başlanılıb.

Paylaş: