Gəncə MDB-nin idman paytaxtı olacaq

Gəncə MDB-nin idman paytaxtı olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Gəncə şəhərinin 2025-ci ildə, Almatı şəhərinin 2026-cı ildə Birliyin idman paytaxtı elan edilməsi haqqında qərarı təsdiq etdik”, deyə Rusiya XİN başçısı qeyd edib.